satellite   Azerspace-1: 11135 H 30000

London Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq

London Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq

Birləşmiş Krallıq ABŞ tərəfindən yaradılan Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Londonda yerləşən “Istok Associates Limited” kəşfiyyat konsaltinq şirkətinin baş direktoru Nil Barnett “Politico”ya açıqlama verib.

“Britaniyalılar bu boşluğu doldurmağa çalışacaqlar. Bizim suveren “RAF Akrotiri”də dinləmə postlarımız var, bu ərazidə “Rivet Joint” reyslərimiz həyata keçirilir. Lakin açıq-aydın göründüyü kimi, bizdə amerikalıların malik olduğu bütün imkanlar yoxdur və bəzi şeyləri sadəcə əvəz etmək mümkün deyil”, – ekspert bildirib.

Barnett həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ağır təsir göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM