satellite   Azerspace-1: 11135 H 30000

Baş katib: Ermənistandan KTMT ilə əməkdaşlığın bərpası barədə mesaj daxil olmayıb

Baş katib: Ermənistandan KTMT ilə əməkdaşlığın bərpası barədə mesaj daxil olmayıb

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin formatı dəyişməz olaraq qalır. İrəvan tərəfindən əməkdaşlığın bərpasına hazır olması barədə heç bir mesaj daxil olmayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Biz İrəvanla işgüzar əlaqələri saxlayırıq. Bir daha vurğulayıram ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır, təşkilatın ölkəyə qarşı öhdəlikləri qalır. KTMT ilə əməkdaşlığın bərpasına hazır olmaqla bağlı siqnallara gəlincə, münasibətlərin formatı dəyişməyib və əvvəlki kimi qalır", - o bildirib.

Bundan əlavə, təşkilat KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının 2025-ci ilin sonunda keçiriləcəyini təsdiqləyib. Ənənəyə görə, iclas adətən noyabrda keçirilir, lakin dəqiq tarix hələ müəyyən edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM