satellite   Azerspace-1: 11135 H 30000

Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü təsdiqlənib

Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü təsdiqlənib

Səudiyyə Ərəbistanı gələn həftə Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi gələn həftə Ciddədə ABŞ və Ukrayna arasında görüşün keçirilməsi imkanını alqışlayır. Krallıq Ukrayna böhranının dayandırılması üçün davamlı sülhə nail olmaq istiqamətində səylərini davam etdirir", - sənəddə qeyd olunub.

Martın 6-da ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ və Ukrayna nümayəndələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüş keçirmək niyyətində olduqlarını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM