satellite   Azerspace-1: 11135 H 30000

Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb

Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb

Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.

Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub.

Məlumatda qeyd olunur ki, digər obyektlər razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər göstərilməyib.

Fransa qoşunların çıxarılması və hərbi obyektlərin təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM