satellite   Azerspace-1: 11135 H 30000

KİV: Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək

KİV: Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Ceki Haynrik “X” sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, Zelenski martın 10-da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq. Bundan sonra onun komandası ABŞ nümayəndələri ilə görüşmək üçün Ciddədə qalacaq.

“Zelenski əvvəlcədən iştirak etməyi planlaşdırmırdı. Daha əvvəl CBS teleşirkəti səhv məlumat yaymışdı”, - Haynrik vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM