satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib

İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib

İsrail ordusu “Hizbullah”ın Livanın cənubundakı hərbi obyektlərinə hava zərbələri endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Kəşfiyyatın məlumatı əsasında “Hizbullah” birləşmələrinin reaktiv yaylım atəş sistemlərinin və digər silahlarının mövcud olduğu hədəflərə dəqiq zərbələr endirilib.

Vurğulanıb ki, hərbi obyektlərdəki silahlar və reaktiv yaylım atəşi sistemləri İsrail dövləti üçün təhlükə yaradıb və Livanla atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasını təşkil edib.

Qeyd olunub ki, İsrail ordusu ölkəyə qarşı hər hansı təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərməyə davam edəcək və “Hizbullah”ın Livanın cənubunda özünü bərpa etmək cəhdlərinin qarşısını alacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM