satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq

Tramp: Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq

Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün yekun nizamlanmaya gəlmək üçün Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, “bütün kartlar” Rusiya prezidenti Vladimir Putinin əlindədir.

Tramp əlavə edib ki, hazırda döyüş meydanındakı dinamikanı nəzərə alaraq, Putinin mövqeyində olan hər kəs Ukraynanı bombalayacaq. Tramp Ukraynaya kömək etmək istədiyini desə də, Kiyevin də sülh sazişi üzərində işləməli olduğunu vurğulayıb.

“Düşünürəm ki, biz Rusiya ilə çox yaxşı işləyirik, lakin hazırda onlar Ukraynanı bombalayırlar. Ukrayna ilə məşğul olmaq da mənə daha çətin gəlir, onların kartları yoxdur. Son razılaşmanın əldə edilməsi baxımından Rusiya ilə işləmək daha asan ola bilər, çünki onlarda bütün kartlar var”, - deyə Tramp söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM