satellite   Azerspace-1: 11135 H 30000

İran XİN Suriyadakı son hadisələrə münasibət bildirib

İran XİN Suriyadakı son hadisələrə münasibət bildirib

İran Suriyanın ərazi bütövlüyü, sabitliyi, təhlükəsizliyinin təmini, bütün etnik qrupların və başqa sosial təbəqələrin dinc yanaşı yaşaması prinsipindən çıxış edir.

Naxçıvan televiziyası “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Suriyada baş verən son hadisələrlə bağlı ölkəsinin mövqeyini açıqlayarkən deyib.

O bildirib ki, Suriyadakı son vəziyyət üçüncü qüvvələrin regionda sabitliyi pozmaq üçün istifadə etməsinə əlverişli mühit yaradır.

Qeyd edək ki, ölkənin Latakiya və Tartus bölgələrində mövcud hakimiyyətə qarşı silahlı qiyam baş verib. Bəşşar Əsədin keçmiş rejiminin briqada generalı Qiat Süleyeman Dalla qiyama başçılıq edib. O, hakimiyyəti danışıqlara çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM