Ermənistanda respondenlərin təxminən 66 %-i ölkənin baş naziri Nikol Paşinyanın işini bəyənmir.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral - 6 mart tarixlərində Ermənistanda keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Sorğuda 1 100 respondent iştirak edib.
MPG-nin məlumatına görə, sorğuda iştirak edənlərin yalnız 9 %-i baş nazirin fəaliyyətindən tam razıdır.
Eyni zamanda, sorğunun nəticələrinə görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının reytinqi 0,5 % yüksəlib. Ermənistan vətəndaşlarının 11,8 %-i parlament seçkilərinin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə hakim qüvvəyə səs verməyə hazır olduğunu bildirib.
MPG-nin məlumatına görə, respondentlərin 73 %-i ölkədəki siyasi vəziyyəti qeyri-sabit, 6,4 %-i isə tam sabit hesab edir.