satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada Konstitusiya Məhkəməsi üzərində uçuşlar qadağan edilib

Cənubi Koreyada Konstitusiya Məhkəməsi üzərində uçuşlar qadağan edilib

Cənubi Koreya hökuməti Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı gözlənilən qərardan əvvəl Konstitusiya Məhkəməsi binası üzərində bütün uçuşları müvəqqəti olaraq qadağan edib.

Naxçıvan televiziyası Koreya KİV-ə istinadən xəbər verir ki, qadağa 12 mart tarixindən qüvvəyə minir və 19 mart tarixinədək davam edəcək.

Bu tədbir qərarın verilməsi dövründə mümkün cinayətlərin və terror təhdidlərinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qərarının dəqiq tarixi hələ elan edilməyib.

Qadağa fövqəladə hallara reaksiya xidmətlərinə məxsus olanlar istisna olmaqla, bütün hava gəmilərinə və dronlara şamil edilir.

Nazirlikdən bildirilib ki, vəziyyətdən asılı olaraq qadağanın 31 mart tarixinədək uzadılması imkanını nəzərdən keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM