satellite   Azerspace-1: 11135 H 30000

“Volkswagen” Almaniya üçün hərbi texnika istehsal edə bilər

“Volkswagen” Almaniya üçün hərbi texnika istehsal edə bilər

Almaniyanın “Volkswagen” avtomobil konserni Avropanın müdafiə ehtiyaclarının artması fonunda bundesver üçün hərbi texnika istehsalı imkanını nəzərdən keçirir.

Naxçıvan televiziyası xarici mediaya istinadən xəbər verir ki, “Volkswagen Group”un baş direktoru Oliver Blüme qeyd edib ki, şirkət rəsmi sorğu almayıb, lakin belə layihələri nəzərdən keçirməyə hazırdır.

O, bunu Donald Trampın rəhbərlik etdiyi ABŞ-nin Avropaya hərbi dəstəyi azalda və ya tamamilə dayandıra biləcəyi ilə bağlı narahatlığı səbəbindən Almaniyanın elan etdiyi yenidən silahlanma fonunda deyib. Bu isə “Rheinmetall” və “KNDS Group” şirkətlərinin avtomobil ehtiyat hissələri istehsalı zavodlarını hərbi texnika istehsalı üçün yenidən təchiz etməyə başlamasına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM