satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Gürcüstanın məhkəmə sisteminə birbaşa xarici müdaxilə var

İrakli Kobaxidze: Gürcüstanın məhkəmə sisteminə birbaşa xarici müdaxilə var

Gürcüstan hökuməti üçün məhkəmələrin müstəqilliyinin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biridir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ali Məhkəmənin hakimləri və Ali Ədalət Şurasının üzvləri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi açıqlama zamanı bildirib.

Baş nazirin sözlərinə görə, görüşdə hakimlərə qarşı tətbiq edilən sanksiyalar müzakirə olunub. “Gürcüstanın məhkəmə sisteminə illərdir birbaşa xarici müdaxilə mövcuddur. Bu sahədə digər müdaxilələr də var. Müxtəlif ölkə strukturlarının gürcü hakimlərə qarşı tətbiq etdiyi sanksiyalar buna misaldır. Bir daha bildirirəm ki, bütün bunlar sanksiyalar tətbiq edən ölkələr üçün faciədir”, - deyə Kobaxidze vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM