Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb

Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb

Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında - "Müqəddəs Marfa" evində onunla vida mərasimi başlayıb.

 NTV xəbər verir ki, mərasimdən fotoşəkillər Vatikanın rəsmi KİV-I tərəfindən dərc edilib.

Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM