Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
NTV xəbər verir ki, “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib.
Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün, həmçinin “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni saat 16:00-da qəbul edəcək. Günün sonuncu qarşılaşması isə saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında olacaq.
Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Bu raunda oktyabrın 29-da yekun vurulacaq.
