Ötən il Fransanın dövlət borcu ÜDM-nin 113 %-ni təşkil edib

Ötən il Fransanın dövlət borcu ÜDM-nin 113 %-ni təşkil edib

Ötən il Fransanın dövlət borcu ÜDM-nin 113 %-ni təşkil edib.

Bu barədə NTV   "İnterfaks"a istinadən xəbər verir.

Avropa İttifaqının (Aİ) statistika idarəsinin məlumatına görə, 2024-cü ildə Aİ-nin dövlət borcu ÜDM-in 81 %-nə qədər artıb. Bu göstərici 2023-cü ildəki ÜDM-in 80,8 %-ni təşkil edib.

12 ölkədə bu göstərici ÜDM-in 60 %-ni keçib. Ən əhəmiyyətli borc Yunanıstanda (ÜDM-in 153,6 %-i), İtaliyada (ÜDM-in 135,3 %-i), Fransada (ÜDM-in 113 %-i), Belçikada (ÜDM-in 104,7 %-i) və İspaniyada (ÜDM-in 101,8 %-i) qeydə alınıb.

2024-cü ildə Aİ ölkələrində dövlət büdcəsinin kəsiri bir il əvvəlki ÜDM-in 3,5 %-dən 3,2 %-nə qədər azalıb.

Avropa İttifaqında büdcə kəsirinin maksimum həddi Rumıniyada (ÜDM-in 9,3 %-i), Polşada (ÜDM-in 6,6 %-i), Fransada (ÜDM-in 5,8 %-i) və Slovakiyada (ÜDM-in 5,3 %-i) qeydə alınıb.

İttifaqın ÜDM-i 17,95 trilyon avronu (+4,3 %) keçib, büdcə kəsiri - 568 milyard avro (-4,6 %), dövlət borcu - 14,544 trilyon avro (+4,6 %) təşkil edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM