satellite   Azerspace-1: 11135 H 30000

Braziliya pre-COP30-un tarixini açıqlayıb

Braziliya pre-COP30-un tarixini açıqlayıb

İqlim konfransının ilkin iclası (pre-COP) oktybrın 13-14-də Braziliyada keçiriləcək.

NTV COP30 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, görüşdə nazirlər və əsas iqlim müzakirəçiləri bir araya gələcək.

COP öncəsi ilkin görüşün əsas məqsədi noyabrın 10-dan 21-dək Belemdə keçiriləcək növbəti iqlim konfransının ən mühüm mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.

Oktyabr görüşündə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq COP-a ev sahibliyi edəcək ölkənin əsas tədbirin başlamasına təxminən bir ay qalmış təşkil etdiyi görüş, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) müşahidəçiləri üçün açıq olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM