satellite   Azerspace-1: 11135 H 30000

KİV: İsrail PUA-ları Dəməşqin ətrafına beş dəfə zərbə endirib

KİV: İsrail PUA-ları Dəməşqin ətrafına beş dəfə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətraflarında asayişin bərpası əməliyyatında iştirak edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücum edib.

NTV xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 5 zərbə endirib. Hücum Dəməşqdəki keçid hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərin paytaxtın cənub-qərbindəki, druzların məskunlaşdığı Səhnayaya nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiklərini açıqladıqdan sonra həyata keçirilib.

Dəməşqdəki tibbi mənbələr, gündüz saatlarında Səhnayada baş vermiş qarşıdurmalarda öldürülən təhlükəsizlik qüvvələrinin sayının 11-dən 16-ya yüksəldiyini bildirib. Üsyançıların itkiləri isə 6 nəfərə çatıb. İsrail PUA-larının zərbəsi nəticəsində 1 suriyalı təhlükəsizlik zabiti ölüb.

İsrail Müdafiə Qüvvələri Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın əmri ilə önləyici zərbə endirdiyini açıqlayıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM