satellite   Azerspace-1: 11135 H 30000

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

ABŞ hakimiyyəti ölkədə qanunsuz məskunlaşan və Mərkəzi Asiyadan olan 130-dan çox miqrantı Özbəkistana deportasiya edib.

NTV yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında deyilir.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan sakinləri aprelin 30-da deportasiya ediliblər.

“Biz qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi səylərində Özbəkistanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - açıqlamada bildirilir.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM