satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: Suriyadakı silahlı qrupların yeni orduya inteqrasiyası işlərinə başlanılıb

Türkiyə XİN: Suriyadakı silahlı qrupların yeni orduya inteqrasiyası işlərinə başlanılıb

 

Suriyanın cənubundakı silahlı qrupların yeni orduya inteqrasiyası istiqamətində işlərə başlanılıb.

NTV xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbə "TRT Haber"ə açıqlayıb.

Məlumatda bildirilib ki, ölkənin cənubundakı hərbi hərəkətlilik qismən sakitləşib.

Bununla yanaşı, mənbə zaman-zaman baş verən təxribatların təsiri ilə fərdi toqquşmalar yaşandığını da qeyd edib.

"Sahədəki mühüm inkişaflardan biri ABŞ-nin hərbi mövcudluğunu azaltmaq surətiylə konsolidasiyaya gedəcəyini açıqlaması təşkil etmişdir. ABŞ konsolidasiyaya yönəlik müəyyən bir təqvim açıqlamadan prosesi sahədəki vəziyyətin qiymətləndirilməsi əsasında mərhələli şəkildə irəlilətməyi nəzərdə tutur. Bu əsnada da Suriya ilə İraq arasında həm sərhəd təhlükəsizliyinin təmin edilməsi, həm də terrorla mübarizə kontekstində əməkdaşlıq təsis edilməsini təşviq edir. Bu konsolidasiya prosesinin yaxından izlənməsi davam etdirilir", - deyə XİN-dəki mənbə vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM