satellite   Azerspace-1: 11135 H 30000

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

NTV-nin məlumatına görə, Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Xatırladaq ki, mayın 7-də AZAL Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM