satellite   Azerspace-1: 11135 H 30000

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər.

NTV  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.

Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib.

“Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, - o deyib.

Amerika lideri, həmçinin Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM