satellite   Azerspace-1: 11135 H 30000

KİV: Tramp Netanyahudan narazıdır

KİV: Tramp Netanyahudan narazıdır

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun hərəkətlərindən narazıdır və buna görə də ölkəni İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin nizamlanması prosesindən kənarlaşdırır.

NTV  TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Financial Times” (FT) qəzeti yazır.

Qəzetin qiymətləndirmələrinə görə, ABŞ lideri ilk növbədə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları yenidən başlatmaq planlarından narazıdır. Trampın narazılığı ilk dəfə apreldə keçirilən mətbuat konfransında ortaya çıxıb, həmin vaxt o, İsrail mallarına əvvəllər tətbiq edilmiş rüsumları ləğv etməkdən imtina edib. ABŞ və İsrail arasında artan ticarət kəsiri də ölkəni Trampın gözündə əsasən mənfəət əldə edən tərəfə çevirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM