satellite   Azerspace-1: 11135 H 30000

Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.

NTV-nin  xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.

Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM