satellite   Azerspace-1: 11135 H 30000

Quterreş: BMT-nin hesabatlarına maraq azdır

Quterreş: BMT-nin hesabatlarına maraq azdır

İnsanlar BMT hesabatlarına böyük maraq göstərmir, onların əksəriyyətini çox az adam oxuyur.

NTV "Reuters"-ə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, orta hesabla BMT hesabatları 20 il əvvəlkindən daha uzun olub.

"Etiraf etməliyəm ki, hesabatlar həm də daha uzun olub, mətnlərdə sözlərin sayı 20 il əvvəlkinən 40 faiz çoxdur. Lakin bu hesabatların bir çoxu nadir hallarda oxunur", - deyə baş katib bildirib.

O qeyd edib ki, təşkilatın hesabatlarının yalnız beş faizi beş mindən çox dəfə yüklənir.

"Lakin yüklənsə belə, bu heç də onların oxunduğu anlamına gəlmir", - deyə Quterreş əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM