satellite   Azerspace-1: 11135 H 30000

Əlverişsiz havaya görə Piza aeroportu fəaliyyətini müvəqqəti dayandırıb

Əlverişsiz havaya görə Piza aeroportu fəaliyyətini müvəqqəti dayandırıb

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

NTV  xəbər verir ki, Piza bölgəsində güclü leysan yağışı və tufan səbəbindən hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Aviareyslər digər hava limanlarına yönləndirilib, aeroportda sərnişin sıxlığı yaranıb.

Lombardiya və Venetoda regionlarında isə güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb. Yeddi bölgədə sarı hava xəbərdarlığı elan olunub. Yarımadanın mərkəzi rayonlarında və cənubda, xüsusilə də mərkəzi Adriatik dənizi sahilləri boyunca intensiv leysan və tufan gözlənilir.

Növbəti həftədən isə Şimali Afrikadan gələn isti hava ölkənin cənubunda təsirli olacaq, bəzi bölgələrdə temperatur 35 dərəcəni ötəcək. Sardiniya adasının şərqində, Kalyari bölgəsində meşə yanğını risk səviyyəsi qırmızıya yüksəldilib. Mülki Müdafiə Agentliyi əhaliyə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM