satellite   Azerspace-1: 11135 H 30000

Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib

Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib

Güclü yağış gözləntiləri ilə əlaqədar Çinin paytaxtı Pekin şəhərinin rəsmi qurumları şəhərin beş rayonunda ən yüksək səviyyəli xəbərdarlıq rejimi tətbiq edib.

NTV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Güclü yağışların avqustun 4-dən etibarən şəhərə yağacağı və avqustun 7-nə qədər davam edəcəyi gözlənilir.

İyulun 29-da “Ming Pao” qəzeti Pekində leysan yağışlar səbəbindən 80 min insanın təxliyə edildiyini yazıb. O əlavə edib ki, su basmış ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM