satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Ukraynada yaradılacaq sülhməramlı missiyanın formatını və vəzifələrini dəyişib

Britaniya Ukraynada yaradılacaq sülhməramlı missiyanın formatını və vəzifələrini dəyişib

Böyük Britaniya hərbçiləri Rusiya ilə müharibənin aktiv fazası başa çatdıqdan sonra Ukraynada fəaliyyətə başlayacaq sülhməramlı missiyanın formatı və vəzifələrində dəyişişiklik ediblər.

NTV xəbər verir ki, bu barədə “The Times” nəşri yazır.

Belə ki, Böyük Britaniya ordusunun komandanlığı Ukraynanın limanlarını və şəhərlərini qorumaq üçün 30 min nəfərlik kontingent yaratmaq ideyasından imtina edib. Bunun əvəzinə Qərbi Ukraynanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi, Ukrayna hərbçilərinin hazırlanmasına dəstək göstərilməsi və Qara dənizdə minatəmizləmə işlərini əhatə edən daha "real missiya" təklif olunur.

Ukraynanın hava məkanında patrul xidmətinə “Typhoon” və ya “F-35” qırıcılarının cəlb edilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM