satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Ukrayna gəmisinə endirdiyi zərbə nəticəsində iki nəfər ölüb

Rusiyanın Ukrayna gəmisinə endirdiyi zərbə nəticəsində iki nəfər ölüb

 Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisinə endirdiyi zərbə nəticəsində iki hərbçi həlak olub.

NTV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna HDQ-nin spikeri Dmitri Pletençuka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, gəmiyə endirilən zərbə nəticəsində yaralananlar da var. 

"Axtarış-xilasetmə işləri davam edir. Əlbəttə, bütün itkin düşənləri tapacağıq. Həmçinin bir neçə hərbçi yaralanıb. Lakin ekipajın əksəriyyəti təhlükəsizlikdədir", - D.Pletençuka bildirib.

Gəminin vəziyyəti barədə də məlumat verilməyib.

Qeyd edək ki, gəminin vurulması barədə ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM