satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini nəzarət altına alıb

Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini nəzarət altına alıb

Rusiya ordusu Ukrayna ərazisindəki döyüş zonasında strateji təşəbbüsə malikdir.

NTV-nin Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 2025-ci ilin yaz və yay aylarında Rusiya qoşunlarının hücumunu yavaşlatmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.

V.Gerasimov əlavə edib ki, Rusiya qüvvələri demək olar ki, bütün cəbhə xətti boyunca fasiləsiz hücumu davam etdirirlər.

Baş Qərargah rəisi vurğulayıb ki, 2025-ci ilin martından etibarən Rusiya ordusu Ukraynada ümumi sahəsi 3,5 min kv. km olan 149 yaşayış məntəqəsini nəzarət altına alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM