satellite   Azerspace-1: 11135 H 30000

ELABE sosial sorğu: Fransızların 69 faizi etimad səsverməsi uğursuz olarsa Milli Assambleyanın buraxılmasını dəstəkləyir

ELABE sosial sorğu: Fransızların 69 faizi etimad səsverməsi uğursuz olarsa Milli Assambleyanın buraxılmasını dəstəkləyir

Fransada siyasi gərginlik artmaqda davam edir. Baş nazir Fransua Bayrunun sentyabrın 8-nə planlaşdırılan etimad səsverməsi ərəfəsində vəziyyət kritik həddə çatıb. Prezident Emmanuel Makron bu məsələ ilə bağlı açıqlama verərək, siyasi qüvvələri məsuliyyətli davranmağa çağırıb. Lakin müxalifət partiyaları – xüsusilə “Əyilməz Fransa” (La France Insoumise-LFİ) və ifrat sağçı “Milli Birlik” (Rassemblement National -RN) hökumətin buraxılması tələbi ilə təzyiqlərini artırırlar.

NTV xəbər verir ki, bu kontekstdə, ELABE İnstitutunun BFMTV üçün keçirdiyi sorğuya əsasən, fransızların 69%-i, əgər etimad səsverməsi uğursuz olarsa, Milli Assambleyanın buraxılmasını dəstəkləyir. Bu nəticə vətəndaşların parlamentin fəaliyyətindən və hökumətin siyasətindən narazılığını açıq şəkildə göstərir.

Baş nazir Fransua Bayrunun hökumətinə dəstək tapmaq və parlamentdə etimad qazanmaq üçün cəmi 9 günü qalıb. Bu müddət ərzində o, parlament üzvlərini inandıra bilməsə, ölkə yeni bir institusional böhranla qarşı-qarşıya qala bilər.

Siyasi analitiklərə görə, bu etimad sınağı yalnız Bayru hökumətinin taleyini deyil, eyni zamanda Emmanuel Makronun prezidentliyinin davamlılığını da şübhə altına ala bilər. İndi bütün diqqətlər sentyabrın 8-də keçiriləcək səsverməyə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM