satellite   Azerspace-1: 11135 H 30000

Mustafa Kamal Atatürkün yeni videogörüntüləri ilk dəfə ictimaiyyətlə paylaşılıb

Mustafa Kamal Atatürkün yeni videogörüntüləri ilk dəfə ictimaiyyətlə paylaşılıb

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 30 Avqust-Zəfər Bayramı münasibətilə Qazi Mustafa Kamal Atatürkün yeni videogörüntülərini ilk dəfə ictimaiyyətlə paylaşıb.

NTV xəbər verir ki, bununla bağlı “NSosial”da paylaşım edən nazir bildirib ki, Türkiyənin Kino Baş İdarəsinin arxivindən üzə çıxarılan və ilk dəfə yayımlanan videoda Qazi Mustafa Kamal Atatürkün Florya köşkündə qarşılanma görüntüsü yer alır.

Mesajında, istiqlal və gələcək mübarizəsinin Zəfərlə taclanmasının 103-cü ildönümünü sözlə ifadə olunmaz bir qürur və coşqu ilə qeyd etdiyini bildirən Ersoy, 1935 və ya 1936-cı ildə çəkildiyi düşünülən bu görüntüdə Atatürkün Florya Dəniz Köşkündə onu qarşılayan uşaqlarla əks olunduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM