satellite   Azerspace-1: 11135 H 30000

BMT dünya birliyini Əfqanıstana kömək etməyə çağırıb

BMT dünya birliyini Əfqanıstana kömək etməyə çağırıb

Əfqanıstanda baş verən zəlzələ çoxsaylı böhranlardan əziyyət çəkən ölkə üçün "mükəmməl fırtına" oldu.

NTV  "Sky News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.

"Hazırda çox az məlumatımız var, lakin artıq yüzlərlə insanın ölməsi və daha çox insanın evsiz qalması haqqında məlumatlar daxil olur", - o bildirib.

Qrandi yaranmış vəziyyətin çox faciəvi olduğunu deyib.

Ali komissar vurğulayıb ki, bu ölkə onsuz da çoxsaylı böhranlardan əziyyət çəkir.

"Taliban yardım göstərmək üçün resursları səfərbər etməyi son dərəcə çətinləşdirir və zəlzələ ölkədəki kritik vəziyyəti daha da ağırlaşdırıb", - o əlavə edib.

Qrandi həmçinin beynəlxalq ictimaiyyətə və kömək edə bilən hər kəsə müraciət edərək təbii fəlakətdən zərər çəkmiş ölkəyə dəstək olmağı xahiş edib.

Qeyd edək ki, sentyabrın 1-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM