satellite   Azerspace-1: 11135 H 30000

Qütb işıqları ABŞ-ın 18 ştatında səmanı işıqlandıracaq

Qütb işıqları ABŞ-ın 18 ştatında səmanı işıqlandıracaq

Geomaqnit qasırğası səbəbindən yaranan qütb işıqlarının ABŞ-ın bir sıra bölgələrində səmanı işıqlandırması gözlənilir.

NTV xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin yaydığı məlumata əsasən, ABŞ-ın 18 ştatında kosmosda fırtınadan sonra şəfəq adlanan “işıq şousu" baş verəcək. Montana, Şimali Dakota, Minnesota, Vaşinqton, Cənubi Dakota, Miçiqan, Men, Vermont, Nyu-Hempşir, Aydaho, Alyaska, Oreqon, Nyu-York, İllinoys, Nebraska, Ayova, Vayominq və Viskonsin kimi ştatlarda insanlar şimal işıqlarını görə biləcəklər.

Qütb işıqları “aurora borealis” adlanır. Əsasən qış gecələrində səmada müxtəlif rənglərdə görünən bu işıqlar Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM