satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20-yə çatıb

Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20-yə çatıb

BMT-nin azı 19 əməkdaşı Yəmənin husi üsyançıları tərəfindən saxlanılıb.

NTV xəbər verir ki, bu barədə "The Times of Israel" BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrikin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, saxlanılanlardan 18-i BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir.

S.Dyujarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.

Qeyd edək ki, avqustun 31-i husilər İsrail tərəfindən bir neçə yüksək vəzifəli hökumət rəsmisinin öldürülməsinə cavab olaraq Səna şəhərində BMT-nin ərzaq, tibbi və uşaq təşkilatlarının ofislərinə reydlər keçiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM