satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb

Azərbaycanın müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb

Vyetnamda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən NTV-yə  verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Səfər çərçivəsində general-polkovnik Z. Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın müdafiə naziri “Xatirə dəftəri"nə ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM