satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub - FOTOLAR

Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub <font color=red> - FOTOLAR</font> Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub <font color=red> - FOTOLAR</font> Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub <font color=red> - FOTOLAR</font> Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub <font color=red> - FOTOLAR</font>

Türkiyənin külək enerjisi şirkətləri əməkdaşlıq üçün Azərbaycana dəvət olunub.

NTV-nin Türkiyə bürosu xəbər verir ki, İzmirdə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə Heyətinin sədri İbrahim Erden və "Nordex Qrupu"nun İdarə Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib.

Görüşlərdə şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələri barədə məlumat verilib. Külək turbinlərinin və avadanlıqlarının yerli istehsalı perspektivləri və bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib. Külək turbinləri və avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib.

Şirkətlər mövcud vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək məqsədilə Azərbaycana dəvət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM