satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların toplanışları keçiriləcək

Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların toplanışları keçiriləcək

Ermənistan hökuməti sıravi, gizir və zabit heyəti üçün təlim-məşq toplanışlarının keçirilməsini elan edib.

Bu barədə NTV erməni KİV-lərinə istinadən xəbər verir.

Toplanışlar 23 sentyabr-28 noyabr tarixləri arasında keçiriləcək. Müvafiq qərar bu gün hökumətin iclasında qəbul edilib.

Toplanışların məqsədi hərbçilərin döyüş hazırlığının artırılması, peşə hazırlığı, ali təhsilli serjant arasından ehtiyatda olan zabitlərin təlimi, həmçinin onların döyüş xidmətinə cəlb edilməsidir.

Hər bir iştirakçı 25 təqvim günündən çox olmayan müddətə təlim-məşq toplanışlarına cəlb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM