satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başlayıb

Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başlayıb

Ankarada BMC şirkətinin yeni zavodunda Türkiyənin əsas döyüş tankı olan "Altay"ın kütləvi istehsalına start verilib.

NTV Türkiyə mediasına istinadən xəbər verir ki, yerli istehsal olan BATU mühərriki ilə təchiz edilmiş tank sınaqlardan uğurla keçib və tezliklə ordunun silahlanmasına daxil olacaq.

Aerokosmik və aviasiya sənayesinin ixtisaslaşdırılmış mütəşəkkil sənaye zonasında (HAB) yerləşən zavodda yerli istehsal olan sənaye robotları və müasir istehsal texnologiyalarından istifadə olunur. Burada, həmçinin yeni nəsil "Altug 8×8" zirehli maşınları da istehsal ediləcək.

BMC-nin rəhbəri Fuat Tosyalının sözlərinə görə, müəssisə böyükmiqyaslı istehsala tam hazırdır. O qeyd edib ki, məhsullar təkcə Türkiyə ordusuna deyil, həm də müttəfiq dövlətlərə də tədarük ediləcək.

"Altay" tankının kütləvi istehsalına başlanması ölkənin müdafiə sahəsində müstəqilliyinin gücləndirilməsinə doğru mühüm addım kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM