satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb.

NTV  "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava tranziti ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb. Bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində əməli addım kimi qiymətləndiririk.

Xatırladım ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir", - o yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM