satellite   Azerspace-1: 11135 H 30000

Londonda BBC-nin keçmiş binasında güclü yanğın baş verib

Londonda BBC-nin keçmiş binasında güclü yanğın baş verib

Londonda yerləşən doqquzmərtəbəli keçmiş BBC binasında güclü yanğın baş verib.

NTV  “Independent”ə istinadla xəbər verir ki, hadisə yerinə 15 yanğınsöndürən maşın və təxminən 100 yanğınsöndürən cəlb olunub. Yanğın binanın üst mərtəbələrini əhatə edib. Yanğınsöndürmə əməliyyatı ilə yanaşı, London polisi yaxınlıqdakı binaları ehtiyat tədbiri olaraq təxliyə edib. Evakuasiya olunan sakinlər üçün müvəqqəti sığınacaq mərkəzi yaradılıb.

Hadisənin baş verdiyi Helios binası “White City” ərazisində, “Wood Lane” küçəsində yerləşir. Bu bina 2012-ci ilə qədər BBC-nin əsas qərargahı olub. Hazırda isə burada 162 mənzil, idman zalı və 47 otaqlı otel fəaliyyət göstərir. “Wood Lane” küçəsi nəqliyyat üçün bağlanıb və sakinlərə bu ərazidən uzaq durmaları tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM