satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu karyerasının 942-ci qolunu vurub

Ronaldu karyerasının 942-ci qolunu vurub

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasının 942-ci qolunu vurub.

NTV-nin məlumatına görə, Portuqaliya millisinin 40 yaşlı forvardı 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ermənistan millisi ilə oyunda rəqib qapısına iki dəfə yol tapıb.

Qarşılaşma İrəvanda keçirilib və qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ronaldu ümumilikdə "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"in heyətində isə 101 qol vurub. Hücumçu digər qollarını Lissabon "Sportinq"i və Portuqaliya millisinin heyətində vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM