satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

NTV  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.

 

Yerli vaxtla saat 12:35-də qeydə alınan zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyindədir.

 

Yeraltı təkanlar Balıkesirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss olunub.

 

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sahə araşdırmalarına başlanıldığını bildirib.

 

AFAD-dan verilən açıqlamada hazırda zəlzələ ilə bağlı hasısa mənfi halın aşkarlanmadığı qeyd edilib.

 

Xatırladaq ki, avqustun 10-da eyni bölgədə 6,1 bal gücündə zəlzələ olub və artıq bir aydır burada yeraltı təkanlar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM