satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var - FOTOLAR

Kiyevə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font> Kiyevə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font>

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində azı 2 mülki şəxs həlak olub, 18 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Şəhərdə güclü silsilə partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Fövqəladə Hallar Dövlət Xidmətinin yaydığı məlumatda isə hava hücumu nəticəsində Svyatoşin rayonunda bir neçə çoxmərtəbəli binaya ziyan dəydiyi qeyd olunub.

"Doqquzmərtəbəli binada yanğın 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi baş verib və tavanlar qismən dağılıb. Həmçinin anqar və avtomobillər yanıb", - deyə məlumatda bildirilib.

Darnitskiy rayonunda dördmərtəbəli yaşayış binasında iki mərtəbədə yanğın və qismən dağıntı baş verib.

Qeyd edək ki, sentyabrın 7-nə keçən gecədən başlayan kütləvi hava hücumu nəticəsində zərbə dronları və raketlərdən istifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM