satellite   Azerspace-1: 11135 H 30000

Britaniyaya qeyri-qanuni miqrant axınında 5 ölkə üstünlük təşkil ed

Britaniyaya qeyri-qanuni miqrant axınında 5 ölkə üstünlük təşkil ed

 

Britaniyaya qeyri-qanuni marşrutlarla daxil olan miqrantların çoxu vətəndaşları qanuni viza alma ehtimalı ən aşağı olan ölkələrdəndir.

NTV  Böyük Britaniya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, son bir ilin göstəricilərinə əsasən, cəmi beş ölkə - Əfqanıstan, Eritreya, İran, Sudan və Suriya qeyri-qanuni daxilolmaların yarıdan çoxunu təşkil edib. Belə ki, bu beş ölkənin vətəndaşları ümumi qeyri-qanuni miqrasiya axınının 55 faizinə bərabərdir.

 

Həmin ölkələrdən olan şəxslərin Böyük Britaniyaya qanuni yollarla, iş, təhsil, ailə birləşməsi və ya humanitar əsaslarla viza alması olduqca nadir haldır. Onların payı bu müddətdə verilən vizaların cəmi 3 faizini təşkil edib.

 

Digər tərəfdən, Böyük Britaniyaya qanuni marşrutlarla ən çox viza alan əcnəbilərin vətəndaşlığı fərqlidir. Ən yüksək göstəricilər Hindistan, Çin, Pakistan, Nigeriya və ABŞ vətəndaşlarına aiddir. Bu beş ölkənin payı ümumi vizaların 51 faizini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM