Gürcüstanda yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.
NTV xəbər verir ki, yağıntı nəticəsində Gürcüstandan Rusiyaya gedən yeganə beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb.
Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, Mtsxeta – Stepantsminda - Lars avtomobil yolunun 109-cu kilometrliyinə böyük torpaq kütləsi düşüb. Nəticədə bu hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Ərazidə bərpa işləri görülür.
