satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyanın hərbi bazalarından birində partlayış baş verib

Cənubi Koreyanın hərbi bazalarından birində partlayış baş verib

Cənubi Koreyanın ordu bazalarından birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.

NTV  Yonhap agentliyinə istinadla xəbər verir ki, partlayış sentyabrın 10-da saat 15:30 radələrində (Bakı vaxtı ilə 10:30) Kenqido əyalətində yerləşən hərbi hissədə baş verib.

İlkin məlumata görə, insidentə təlim sursatının partlaması səbəb olub. Hazırda yeddi nəfərin yaralandığı məlumdur.

Hərbçilər bildiriblər ki, baş verənlərin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM