satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə son 55 ilin dördüncü ən isti avqust ayı qeydə alınıb

Türkiyədə son 55 ilin dördüncü ən isti avqust ayı qeydə alınıb

Hidrometeoroloqlar ötən yay fəslini dünya üzrə son illərin ən isti dövrlərindən biri kimi qeydə alıblar. Hazırda dünyada hökm sürən qlobal istiləşmədən təsirlənən ölkələrdən biri də Türkiyədir. Belə ki, Türkiyədə ötən yay fəsli quraqlığı və hava temperaturunun normadan yüksək olması ilə yadda qalıb.

NTV xəbər verir ki, ötən ay Türkiyə üzrə son 55 ilin dördüncü ən isti avqust ayı qeydə alınıb. Ölkədə 1991–2020-ci illərin avqust ayı üzrə orta temperatur 25,1 dərəcə olduğu halda, bu il bu rəqəm 1,4 dərəcə artaraq 26,5 dərəcəyə yüksəlib. Ay ərzində ölkə üzrə ən aşağı temperatur 3,8 dərəcə ilə Ardahan vilayətində, ən yüksək temperatur isə 47,7 dərəcə ilə Adananın Kozan rayonunda olub.

Qeyd edək ki, Türkiyədə avqust ayı üzrə temperatur artımı son olaraq 2006, 2010 və 2023-cü illərdə qeydə alınmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM