Rusiyanın bu gün səhər saatlarında Ukraynanın Sumı vilayətinə endirdiyi raket zərbəsi nəticəsində iki mülki şəxs həlak olub.
NTV "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.
"Raket zərbəsi nəticəsində 5 nəfər yaralanıb. Dağıntılar var", - A.Kobzar teleqramda yazıb.
09:49
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinə dronlarla hücum edib.
NTV xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri vilayət administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.
Zərbələr nəticəsində bir nəfər həlak olub.
O.Qriqorovun sözlərinə görə, zərbə sənaye zonasına endirilib və yanğına səbəb olub, dağıntılar altında mühafizəçinin meyiti aşkarlanıb.
