satellite   Azerspace-1: 11135 H 30000

Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək

Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) öz bayrağını kosmosa göndərəcək.

NTV “Kabar” agentliyinə istinadla xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən dördüncü iclasının yekunlarına dair TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Onun sözlərinə görə, TDT Türk dünyasının minillik tarixinə, mədəniyyətinə və irsinə əsaslanan unikal təşkilatdır. “Təşkilat çərçivəsində xarici siyasət, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, turizm və hətta kosmos da daxil olmaqla 40-dan çox platforma yaradılıb. Biz tezliklə Türk dünyasının birliyinin simvolu olaraq TDT bayrağını kosmosa göndərəcəyik”, - deyə K.Ömüralıyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM