satellite   Azerspace-1: 11135 H 30000

Leninqradda vaqonlar relsdən çıxıb

Leninqradda vaqonlar relsdən çıxıb

Leninqrad vilayətinin Stroqanovo-Mşinskaya bölgəsində üç boş yük qatarı vaqonu relsdən çıxıb.

NTV xəbər verir ki, hadisə nəticəsində şəhərətrafı 7 qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb, eləcə də iki “Lastoçka” qatarının (Pskov-Sankt-Peterburq və Sankt-Peterburq-Peçorı) hərəkət istiqaməti dəyişdirilib, bununla əlaqədar olaraq onlar iki saat gecikir.

Regionun qubernatoru Aleksandr Drozdenko bildirib ki, hadisə ilə əlaqədar müstəntiqlər təxribat versiyasını yoxlayırlar.

“Bundan əlavə, Leninqrad vilayətinin Qatçina dairəsindəki Semrino stansiyası yaxınlığında teplovoz relsdən çıxıb, sürücü həlak olub”, - deyə qubernator qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM